Protonun və elektronun yükü necədir?
Mütləq qiymətcə bir-birinə bərabər, işarəcə əksdir.
Atomun yükü nədir?
0, yəni elektroneytraldır.
Atomun tərkibi nədir?
Müsbət yüklü nüvə və onun ətrafında paylanan mənfi yüklü elektronlardan ibarətdir.
Elektronun kütləsi ilə proton və neytronun kütləsi arasındakı fərq nədir?
Elektronun kütləsi proton və neytronun kütləsindən çox kiçikdir.
Atomun kütlə ədədi necə hesablanır?
Proton sayı + neytron sayı.
Kütlə ədədi hansı simvol ilə işarə olunur?
A.
Proton sayı + neytron sayı = _______?
Kütlə ədədi.